“Yaxınlaşan qış aylarında Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi istiqamətində əməli işlər görülür. NASAMS sistemləri də döyüş növbəsinə gətirilib”.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski açıqlamasında qeyd edib.
Prezident bu sistemlərin gəlməsini “qış üçün hava hücumundan müdafiənin vaxtında gücləndirilməsi” kimi dəyərləndirib.
Bundan əlavə, görüş zamanı hərbçilər Zelenskiyə Kupyanski, Baxmut, Avdeyevski istiqamətlərində və cənubda gedən döyüşlər, müvəqqəti işğal olunmuş ərazilər, Qara dəniz regionu və KTMT ölkələrindəki vəziyyət barədə məlumat verib.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat açıqlamasında qeyd edib ki, Rusiya hazırda raket ehtiyatlarını toplayır, ona görə də Müdafiə Qüvvələri mühüm infrastruktura, hərbi və strateji hədəflərə hücumların müəyyən risklərinə hazırlaşmalıdır.
//Safura Bənnayeva, Editor.az

