Zelenski: “Rusiya gün ərzində Xersonu 16 dəfədən çox bombalayıb”backend

Zelenski: “Rusiya gün ərzində Xersonu 16 dəfədən çox bombalayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu dekabrın 15-də Ukraynanın Xerson şəhərini 16 dəfədən çox hədəfə alıb.

Editor.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Telegram” hesabında gündəlik video paylaşımında məlumat verib.

Prezident Xersonda “Qırmızı Xaç” yardım məntəqəsində könüllü olaraq xidmət edən bir qadının Rusiya ordusunun hücumu nəticəsində həyatını itirdiyini bildirib: “Rusiya gün ərzində Xersonu 16 dəfədən çox bombalayıb. Cəmi bir gündə… Və bu hər gün belə davam edir”.

Donbas bölgəsində şiddətli toqquşmaların davam etdiyini və buradakı yaşayış məntəqələrinə edilən hücumlarda mülki infrastrukturun hədəf alındığını qeyd edən Zelenski, Rusiya qüvvələrinin Ukrayna ordusu qarşında uğursuzluğa düçar olduğunu bildirib.

Zelenski Rusiyanın yaratdığı dağıntıların dayandırılması lazım olduğunu və bunun yeganə yolunun rusları Ukrayna ərazisindən çıxarmaq olduğunu vurğulayıb.

//Samir Qurbanov, Editor.az