Zelenski Rusiya ilə danışıqların şərtini açıqladıbackend

Zelenski Rusiya ilə danışıqların şərtini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya tərəfi heç bir adekvat mövqe formalaşdıra bilmədiyi üçün müharibəni dayandırmaqla bağlı bu ölkə ilə heç bir danışıq aparmaq mümkün deyil.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski 17-ci YES (Yalta Avropa Strategiyası) iclasının panel müzakirələrində iştirak edərkən deyib.

“Biz müharibəni bitirmək istəyirik, lakin məkan və imkanlar dəyişib. Cəmiyyət terrorçularla danışmaq istəmir. Baxmayaraq ki, hətta terrorçularla da ünsiyyət qurmaq olar, çünki onlar nə istədiklərini bilirlər”, – dövlət başçısı bildirib. Rusiya tərəfinə gəlincə,

Zelenski qeyd edib ki, onların vədlərinə əməl edəcəklərinə əminlik yoxdur: “Düşünürəm ki, etməyəcəklər. Heç kim inanmır. Onlar əl sıxacaq adamlar deyillər”.

Onun sözlərinə görə, bunun üçün ilk növbədə Rusiya Ukrayna ərazilərini tərk etməli və terrorçu kimi davranmağa son qoymalıdır: “Yalnız bundan sonra diplomatiyadan danışmaq olar”

“Bizim onlarla diplomatik dəhliz açmağımız üçün siyasi iradə nümayiş etdirməlidirlər ki, başqasının torpaqlarını geri verməyə hazırdırlar. Onda ən azı müəyyən diplomatik addımlar açan bəzi dəhlizlərdən danışmaq olar”, – Zelenski izah edib.

Xatırladaq ki, Zelenski Polşanı lazımi miqdarda elektrik enerjisi ilə təmin etmək üçün elektrik xətlərinin yenidən qurulması barədə göstəriş vermişdi.

//Samir, Editor.az