Zelenski Rusiya ilə danışıqların bu gün də davam etdiriləcəyini bildiribbackend

Zelenski Rusiya ilə danışıqların bu gün də davam etdiriləcəyini bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə sülh danışıqlarının bu gün davam etdiriləcəyini bildirib.

Bu barədə TASS agentliyi məlumat yayıb.

O, həmçinin Polşa prezidenti Anjey Duda, Lüksemburqun baş naziri Xavier Bettel və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə danışıqlar apardığını bildirib.

“İsrailin baş naziri Naftali Bennett ilə söhbət bu müharibəni mümkün qədər tez və ədalətli sülh yolu ilə bitirmək üçün danışıqları artırmaq idi. Nümayəndə heyətimiz Rusiya tərəfi ilə danışıqlarda da bunun üzərində işləmişdir”, – deyə Ukrayna rəhbəri bildirib.