Zelenski Rusiya ilə münaqişənin dayandırılması üçün şərtini açıqladıbackend

Zelenski Rusiya ilə münaqişənin dayandırılması üçün şərtini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə münaqişənin sonu atəşkəslə başlamalıdır.

Oxu.Az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında qarşıdurmaya son qoymaq üçün belə bir şərt irəli sürüb.

“Bu müharibənin sonu qeyd-şərtsiz atəşkəslə, tələb olunan sükutla başlamalıdır. Hər kəs bu mövqeni başa düşür və dəstəkləyir”, – Zelenski Hindistanın Baş naziri Narendra Modi ilə söhbəti barədə məlumat verərkən yazıb.

“Şəhərlərimiz davamlı atəş altında olanda sülhdən danışmaq mümkün deyil”, – Zelenski bildirib.

Ukrayna liderinin sözlərinə görə, Hindistan atəşi dayandırmaq üçün lazım olan səyləri göstərməyə hazırdır.