Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə sülh sazişi bağlamaq niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə “CBS News” telekanalına müsahibəsində NATO-nun baş katibi Mark Rutte bildirib.
“Rusların əməkdaşlığa hazır olduqlarını təmin etmək üçün bunu onlara da çatdırmalıyıq”, – deyə o vurğulayıb.
Qeyd edək ki, martın 8-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın danışıqlara açıq olduğunu, lakin obyektiv səbəblərə görə hazırda fasilə yarandığını qeyd edib.

