Zelenski: Rusiya Qara dənizdən bütün dünyaya qarşı istifadə etməyə çalışdıbackend

Zelenski: Rusiya Qara dənizdən bütün dünyaya qarşı istifadə etməyə çalışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın paytaxtı Kiyevdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT) 62-ci Baş Assambleyasının iclası keçirilib. Ukrayna parlamentinin sədri Ruslan Stefançukun sədrliyi ilə keçirilən iclasda QDİƏT-ə üzv dövlətlərin nümayəndələri iştirak ediblər. Türkiyəni AKP Əskişəhər millət vəkili Fatih Dönmez və onu müşayiət edən nümayəndə heyətinin təmsil olunduğu toplantının açılışında Ukrayna prezidenti Zelenski videokonfrans vasitəsilə çıxış edib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski qlobal təhlükəsizliyin əsaslarından birinin Qara dənizdə yerləşdiyini bildirib. Zelenski Rusiya müharibənin başlaması ilə Qara dəniz bölgəsindən bütün dünyaya qarşı istifadə etməyə çalışdığını qeyd edib.

Qara dənizin böyük əhəmiyyət daşıdığını bildirən Zelenski bildirib: “Qara dəniz qlobal təhlükəsizliyin təməllərindən biridir. Xalqımız tərəfdaşlarımızla birlikdə bu təhlükəsizliyin təminatçısıdır. Rusiya uzun illər Krımda müxtəlif xalqların normal həyatını pozmaq üçün hərbi infrastrukturundan istifadə edib. Rusiya Gürcüstana qarşı təcavüzündə Qara dənizdən istifadə edib. 2008-ci ildə “Bunu Yaxın Şərqdə, xüsusilə Suriyada müharibə və xaosu qızışdırmaq üçün istifadə etdi. Ukraynaya və bütün Avropaya qarşı hibrid müharibə Krımın ələ keçirilməsi ilə başladı”.

//Gülnarə Abasova, Editor.az