Zelenski: “Rusiya Ukraynada insanlığa qarşı cinayətlər törədir”backend

Zelenski: “Rusiya Ukraynada insanlığa qarşı cinayətlər törədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya bir gündə Ukraynaya 70 raket hücumu həyata keçirib. Mülki əhalinin yaşadığı binaları, məktəbləri, xəstəxanaları və nəqliyyat infrastrukturunu hədəfə alır“.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına müraciətində deyib. Zelenski qeyd edib ki, Rusiyanın son hücumlarından sonra milyonlarla insan susuz qalıb. Bu, Rusiyanın terror əməliyyatıdır.

Qeyd edək ki, Ukrayna mətbuatının məlumatına görə, Rusiyanın son hücumlarından sonra Ukraynanın böyük bir hissəsi elektrik enerjisi ilə təmin oluna bilmir. Kiyev meri Vitali Kliçko bildirib ki, şəhər əhalisinin ən azı 80 faizi işıqsız və susuz yaşayır.

//Safura Bənnayeva, Editor.az