Zelenski: “Rusiya Ukraynanın Aİ üzvlüyünü qəbul etməyə başlayıb”backend

Zelenski: “Rusiya Ukraynanın Aİ üzvlüyünü qəbul etməyə başlayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya diktatoru Vladimir Putin Ukraynanın Avropa İttifaqına üzvlüyünü “qanuni seçim” adlandırıb.

Ukrayna prezidenti Vladimir Zelenski isə buna cavabında bildirib ki, Moskvanın bu reallığı qəbul etməsi çox gecikib.

Editor.az xəbər verir ki, Zelenski mətbuat konfransında deyib:

“Nəhayət biz Rusiyadan Ukraynanın Aİ-yə üzvlüyünü qəbul edən siqnallar eşidirik. Təəssüf ki, onlar bu reallığı çox gec – 2013-cü ildən bəri – dərk ediblər. İndi bunu Rusiyanın Avropadakı bəzi ‘böyük dostları’ da eşitməlidirlər. Əgər hətta Putin etiraz etmirsə, bəzi ölkələrin, xüsusilə də Macarıstanın, danışıqlardakı mövqeləri doğrudan da qəribə görünür”.

Prezidentin sözlərinə görə, Ukraynanın Avropa İttifaqına inteqrasiya yolu artıq geri dönüşü olmayan bir seçimdir və bu istiqamətdə tərəqqi davam etdiriləcək.

//Samir Qurbanov, Editor.az