Zelenski: Rusiya Ukraynanın uzaqmənzilli zərbələrini hiss edəcəkbackend

Zelenski: Rusiya Ukraynanın uzaqmənzilli zərbələrini hiss edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiya yaxın zamanda Ukraynanın uzaqmənzilli pilotsuz uçuş aparatlarının zərbələrini hiss edəcək.

UNIAN-ın məlumatına görə, dövlət başçısı bu fikri Danimarkanın Baş naziri Mette Frederiksen ilə Kopenhagendə keçirilən birgə mətbuat konfransında səsləndirib.

Zelenski vurğulayıb ki, Ukrayna dron texnologiyalarını inkişaf etdirməkdə davam edir və pilotsuz qüvvələrin imkanlarını gücləndirməklə düşmənə strateji zərbələr endirmək niyyətindədir.

//Samir Qurbanov, Editor.az