Zelenski: “Rusiya yeni hücum planlaşdırır”backend

Zelenski: “Rusiya yeni hücum planlaşdırır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ruslar növbəti hücuma hazırlaşırlar.

Raketləri olduğu müddətdə onlar sakitləşməyəcəklər”.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski xalqa videomüraciətində deyib. Rusiyanın hücumları nəticəsində elektrik enerjisinin kəsilməsinə diqqət çəkən Ukrayna prezidenti növbəti həftənin də əvvəlki həftə kimi çətin ola biləcəyini bildirib. Zelenskinin sözlərinə Moskvadan heç bir cavab verilməyib.

Fevralın 24-də Ukraynaya qarşı hücumlara başlayan Moskva mülki insanları hədəf almadığını bildirir. Kremlin verdiyi açıqlamada Kiyevin Rusiyanın tələblərini yerinə yetirməklə öz xalqının “əziyyətini yüngülləşdirə” biləcəyi vurğulanıb. Safura Bənnayeva

  //Safura Bənnayeva, Editor.az