Zelenski Rusiyanın BMT-də hüquqlarından məhrum edilməsini tələb edibbackend

Zelenski Rusiyanın BMT-də hüquqlarından məhrum edilməsini tələb edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın hücumlarını intensivləşdirməsi və Kremençukdakı ticarət mərkəzinin vurulmasından sonra Ukrayna BMT Təhlükəsizlik Şurasını iclasa çağırıb. Editor.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, müharibə başlayandan bəri ikinci dəfə BMT Təhlükəsizlik Şurasına müraciət edən Zelenski Moskvanın ötən şənbə günü Ukraynanı 62, bazar günü isə 26 raketlə vurduğunu bildirib. Zelenski 18 nəfərin həyatını itirdiyi ticarət mərkəzinə hücumla bağlı BMT-ni müstəqil araşdırmaya çağırıb. Rusiyanı “terrorçu dövlət” olmaqda ittiham edən Zelenski beynəlxalq ictimaiyyəti Rusiyanı terror fəaliyyətlərinə son qoyana qədər BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasındakı hüquqlarından məhrum etməyə çağırıb. Zelenski deyib ki, Rusiya BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak etməməlidir.

Onu da qeyd edək ki, BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Rozmari DiKarlo Ukraynada müharibə başlayandan bəri 4731 nəfərin həyatını itirdiyini bildirib.

//Gülnarə Abasova, Editor.az