Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin Rusiyaya qarşı hücumunun çətin olduğunu və yavaş irəlilədiyini deyib.
Editor.az xarici mediaya istinadən bildirir ki, Zelenski cari məsələlərlə bağlı açıqlamasında bu barədə danışıb.
Əllərindəki silahların qeyri-kafi olduğunu və buna görə də döyüşməyin “çox çətin” olduğunu bildirən Zelenski Rusiyanın Ukrayna ərazisini tərk etməli olduğunu vurğulayıb: “Ukrayna Rusiya torpaqlarında müharibəni davam etdirməyi planlaşdırmır. Bizim heç vaxt belə bir hədəfimiz olmayıb. Biz öz torpaqlarımızı işğaldan xilas edəcəyik”.
//Safura Bənnayeva, Editor.az