Zelenski Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndiribbackend

Zelenski Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin sanksiya siyahısını daha 7 fiziki şəxs və 86 təşkilatı əhatə edəcək şəkildə genişləndirib.

Editor.az xəbər verir ki, fərman Ukrayna liderinin rəsmi saytında dərc olunub. Sanksiyalar 7 Ukrayna, Rusiya, Rumıniya və İsrail vətəndaşlarına qarşı tətbiq edilib. 86 Rusiya təşkilatının siyahısına əsasən sənaye müəssisələri daxildir. Məhdudiyyətlər arasında aktivlərin bloklanması, biznes fəaliyyətinin tam dayandırılması, texnologiya və əqli mülkiyyət hüquqlarının ötürülməsinə qadağa, maliyyə və iqtisadi öhdəliklərin ləğvi daxildir. Onun etibarlılıq müddəti üç ildən on il arasındadır.

//Gülnarə Abasova, Editor.az