Zelenski Səudiyyə Ərəbistanına gedib – VİDEObackend

Zelenski Səudiyyə Ərəbistanına gedib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına gedib.

Oxu.Az xəbər verir ki, bu barədə o, “Telegram” kanalında yazıb.

“Səudiyyə Ərəbistanına gəldim. Vacib görüşlər planlaşdırılıb”, – deyə dövlət başçısı qeyd edib. Lakin o, görüşlərin kimlərlə keçiriləcəyini və hansı məsələlərin müzakirə olunacağını dəqiqləşdirməyib.

Bundan əvvəl Kiyevdə Yaxın Şərq ölkələri ilə təhlükəsizlik sahəsində əməkdaşlıq etmək istədiklərini, xüsusilə, pilotsuz uçuş aparatlarına qarşı müdafiənin gücləndirilməsi üzrə planların olduğunu bildirmişdilər.