“İyunun 2-də İstanbulda Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rustem Umerov başçılıq edəcək”.
Oxu.Az -ın xəbərinə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında deyib.
“Mən bazar ertəsi İstanbulda keçiriləcək görüşdən əvvəl mövqeləri müəyyənləşdirdim. Bazar ertəsi nümayəndə heyətimizə Rüstəm Umerov başçılıq edəcək”, – deyə siyasətçi bildirib.