Zelenski: “Tezliklə Ukraynanın 2 Qələbə günü olacaq”backend

Zelenski: “Tezliklə Ukraynanın 2 Qələbə günü olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tezliklə Ukraynanın 2 Qələbə günü olacaq, amma kimdəsə heç bir Qələbə günü də qalmayacaq.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “9 Mayl” a bağlı müraciətində deyib.

“Biz övladlarımızın azadlığı üçün vuruşuruq, deməli qalib gələcəyik. 8 milyondan artıq ukraynalının həlak olduğu İkinci Dünya Müharibəsində əcdadlarımızın etdiklərini heç zaman unutmayacağıq. Və tezliklə Ukraynada iki Qələbə günü olacaq. Amma kiminsə, heş bir dənə də Qələbə günü olmayacaq”.

Zelenski Rusiya-Ukrayna müharibəsində iki ordununun deyil, iki fərqli dünyagörüşünün üz-üzə gəldiyini deyib. “Düşmən nenasistifikasiya sözünün şans qazanması üçün Ukraynanın 9 May günündən imtina edəcəyinə ümid bəsləyirdi”, o əlavə edib.

Ukrayna lideri Ukraynanın bütün ərazilərinin işğaldan azad olunacağına ümid etdiyini söyləyib.

“Gec ya tez biz qalib gələcəyik. Biz bura bizim torpağımız olduğu üçün qalib olacağıq”, – Zelenski deyib.