Yenidən namizədliyini irəli sürməyi planlaşdıran ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ukraynadakı münaqişəni bir-iki günə həll etməsi mümkün olmayacaq.
Editor.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Fox News-a danışıb. “Bunun necə mümkün olduğunu başa düşə bilmirəm. O, mənimlə bu problemi, bu faciəni həll edə bilməyəcək”, – Zelenski deyib. Ukrayna prezidenti Trampı Ukraynaya səfərə dəvətini təkrarlayıb və bu səfərdən sonra ABŞ-ın keçmiş prezidentinin Ukraynadakı münaqişəyə son qoymaq mümkünlüyü ilə bağlı fikrini dəyişəcəyinə əminliyini bildirib.
Qeyd edək ki,.Donald Tramp dəfələrlə iddia edir ki, ABŞ prezidenti seçilərsə, bir-iki gün ərzində Ukraynadakı münaqişəyə son qoymağı planlaşdırır. Bu bəyanat Trampın əsas seçki proqramlarından birinə çevrilib.
//Gülnarə Abasova, Editor.az

