Ukrayna lideri Volodimir Zelenski Floridada ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdini şərh edib və qanunun aliliyinin zəruriliyini bildirib.
Editor.az xəbər verir ki, o, fikirlərini X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində paylaşıb. “Donald Trampın sağ və sağlam olduğunu eşitdiyimə şadam… Sui-qəsd cəhdində şübhəli bilinən şəxsin tez bir zamanda nəzarətə götürülməsi sevindirici haldır. Bizim prinsipimiz belədir. Qanunun aliliyi çox vacibdir”,- deyə o bildirib.
O əlavə edib ki, dünyanın heç bir yerində siyasi zorakılığa yer olmamalıdır. Zelenski Trampa və yaxınlarına “ən xoş arzularını” da çatdırıb. Bundan əvvəl Floridada ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinən Rayan Wesley Routh Oranın oğlu atasının Ukraynaya getdiyini və Ukrayna Silahlı Qüvvələrinə humanitar yardım etdiyini təsdiqləmişdi.
//Gülnarə Abasova, Editor.az