Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 19-da Türkiyəyə səfər edəcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Zelenski öz “Telegram” kanalında paylaşım edib.
“Sabah (noyabrın 19-da – red.) Türkiyədə görüşlərimiz olacaq. Danışıqları aktivləşdirilməsinə hazırlaşırıq və tərəfdaşlarımıza təklif edəcəyimiz həll yolları hazırlamışıq. Bütün gücləri müharibənin sonunu yaxınlaşdırmağa yönəltmək – bu, Ukraynanın ilkin prioritetidir. Həmçinin əsirlərin mübadiləsi və qaytarılmasını bərpa etmək üzərində də çalışırıq”, – deyə o paylaşımda bildirib.

