Zelenski: “Ukrayna, ABŞ və Rusiya arasında danışıqların tarixi dəyişdirilib”backend

Zelenski: “Ukrayna, ABŞ və Rusiya arasında danışıqların tarixi dəyişdirilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna, ABŞ və Rusiya arasında Əbu-Dabidə keçiriləcək növbəti danışıqlar planlaşdırıldığı kimi bu gün deyil, fevralın 4-ü və 5-də baş tutacaq.

Oxu.Az bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin “Telegram” kanalına istinadən xəbər verir.

“Az öncə danışıqlar komandamızın məruzəsi oldu. Növbəti üçtərəfli görüşlərin tarixləri müəyyən edilib: fevralın 4-ü və 5-də Əbu-Dabidə”, – deyə Zelenski bildirib.

O qeyd edib ki, Ukrayna konkret söhbətə hazırdır və nəticənin müharibənin real və layiqli sonuna yaxınlaşdırmasında maraqlıdır.

Xatırladaq ki, 23 və 24 yanvar tarixlərində Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların birinci raundu keçirilib.