Zelenski: “Ukrayna Azərbaycandan da qaz almağı planlaşdırır”backend

Zelenski: “Ukrayna Azərbaycandan da qaz almağı planlaşdırır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan təxminən 2 milyard dollar dəyərində qaz alışını təmin etməyə hazırdır”.

Oxu.Az “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Əlavə qaz həcmlərini Yunanıstandan da ala bilərik. Digər ölkələrlə, o cümlədən də Azərbaycanla razılaşmalar var” , – deyə o vurğulayıb.

Zelenskinin sözlərinə görə, ən çətin vəziyyətdə Ukrayna 2 milyard dollar məbləğində qazı təmin etməyə hazır olmalıdır: “Norveç tranşın bir hissəsini – 100 milyon dollar həcmində qrant verəcək və yanvar ayında əlavə tranş ayıracaq”.

Ukrayna lideri, həmçinin ABŞ-dən mayeləşdirilmiş təbii qaz təchizatı ilə bağlı razılaşmaların olduğunu bildirib.