Zelenski: “Ukrayna bu gün Rusiya ilə Qərb arasındadır”backend

Zelenski: “Ukrayna bu gün Rusiya ilə Qərb arasındadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna bu gün Rusiya ilə Qərb arasında – “boz” zonadadır”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Brüsseldə keçirilən NATO liderlərinin fövqəladə zirvə toplantısında Alyansa üzv ölkələrə müraciət edərkən bildirib.

“Elə hiss yaranır ki, sanki Qərblə Rusiya arasında, “boz” ərazidəyik”, – deyən dövlət başçısı artıq bir aydır ki, bütün dünyanın gözü qarşısında Avropa ilə ortaq olan dəyərləri müdafiə etdiklərini vurğulayıb.

O, Rusiyanın onilliklər ərzində xeyli hərbi resurs topladığını qeyd edib.

“Dünya həyata sərmayə qoyarkən Rusiya ölümə böyük pul yatırıb”, – deyə prezident bildirib.

Zelenski bununla belə, bu müharibədə qalib gəlmək üçün Ukraynaya NATO-nun silahlarının yalnız bir faizinin kifayət olduğunu qeyd edib.

“Sizin ən azı 20 000 tankınız var! Ukrayna bunun bir faizini istədi. Bütün tanklarınızın bir faizini! Bizə verin və ya satın. Amma hələ ki, dəqiq cavab almamışıq. Müharibə zamanı ən pis şey budur – yardım sorğularına aydın cavabların olmaması”, – deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, bu gün Belçikanın paytaxtı Brüssel şəhərində NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının Rusiya-Ukrayna müharibəsinə həsr olunmuş fövqəladə iclası başlayıb. Toplantıda ABŞ Prezidenti Cozef Bayden, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron, NATO-nun baş katibi Yens Stoltenberq və digər liderlər iştirak edirlər.