Zelenski: Ukrayna heç bir halda Donbası Rusiyaya verməyəcəkbackend

Zelenski: Ukrayna heç bir halda Donbası Rusiyaya verməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna sülh müqaviləsi çərçivəsində heç bir halda Donbası Rusiyaya verməyəcək., kompromis axtarıb tapmaq lazımdır”.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski Əbu-Dabidə baş tutmuş danışıqların nəticələrini şərh edərkən bildirib.

“Ərazilərimizlə bağlı mövqeyim dəyişməz olaraq qalır”, – o vurğulayıb.

Zelenski Ukrayna üçün ABŞ təhlükəsizlik zəmanətləri haqqında sənədin 100% hazır olduğunu, qalan tək şeyin onu imzalamaq olduğunu deyib.

“Ukrayna üçün konkret təhlükəsizlik zəmanətləri bu müharibənin bitməsi üçün konkret tarixləri göstərir. Sənəd 100% hazırdır. Biz tərəfdaşlarımızın imzalanma tarixi və yeri ilə bağlı siqnalını gözləyirik. Bundan sonra o, təsdiq üçün ABŞ Konqresinə və Ukrayna parlamentinə təqdim ediləcək”, – Zelenski əlavə edib.

//APA