Ukrayna prezidenti Volodymyr Zelenskyy ölkəsinin Hörmüz boğazı ilə bağlı mümkün təşəbbüslərdə iştirak etmədiyini açıqlayıb.
Dövlət başçısı bildirib ki, Ukrayna bu məsələ üzrə müzakirələrə açıq olsa da, hazırda Kiyevə boğazın blokadadan çıxarılması ilə bağlı heç bir rəsmi müraciət daxil olmayıb. O, mövqeyini Telegram platformasındakı rəsmi hesabında paylaşıb.
Zelenskinin sözlərinə görə, Ukrayna ABŞ və Yaxın Şərq ölkələrinə dialoqa hazır olduğunu çatdırıb. Bununla yanaşı, o vurğulayıb ki, mövcud vəziyyətdə heç bir dövlət təkbaşına bu problemi həll etmək gücündə deyil.
Prezident qeyd edib ki, Hörmüz boğazında mümkün blokadanın aradan qaldırılması yalnız beynəlxalq koordinasiya və birgə addımlar nəticəsində mümkün ola bilər.
//Samir Qurbanov, Editor.az

