Zelenski: ” Ukrayna Rusiyadan enerji obyektlərinə edilən hücumlara görə qisas alacaq”backend

Zelenski: ” Ukrayna Rusiyadan enerji obyektlərinə edilən hücumlara görə qisas alacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna nəinki öz infrastrukturunu işğalçılardan qoruyacaq, həm də hücumlara cavab verəcək”.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski açıqlamasında qeyd edib.

Dövlət başçısı bunu təhlükəsizlik rəsmiləri, hərbçilər və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə gündəlik müşavirədən sonra deyib .

“Mən yeni texnikaların, döyüş sursatlarının, maliyyə dəstəyinin gəldiyi ilə bağlı xəbərlər alıram. Cəbhədən gələn məlumatlara görə, Kupyansk və Avdeyevkada ağır, amansız döyüşlər gedir, amma əsgərlərimiz öz mövqelərini saxlayırlar”-deyə, o bildirib.

Ölkə başçısı vurğulayıb ki, Ukrayna ordusu Rusiyadan gələcək hər zərbəyə cavab vermək üçün əlindən gələni edir: “Biz enerji infrastrukturuna terror hücumlarına hazırlaşırıq. Bu il nəinki özümüzü müdafiə edəcəyik, həm də cavab verəcəyik. Rusiya bunu yaxşı bilir”.

Onu da qeyd edək ki, daha əvvəl Kiyev Şəhər Hərbi Administrasiyasının (KDVA) rəhbəri Sergey Popko qışdan əvvəl paytaxtı mühafizə etməyi planlaşdırdıqları barədə məlumat verib. O vurğulayıb ki, Ukrayna hərbçiləri paytaxta dron və müxtəlif modifikasiyalı raketlərin misli görünməmiş sayda hücumlarının qarşısını ala bilib.

//Safura Bənnayeva, Editor.az