Zelenski Ukrayna üçün üç əsas təhlükəsizlik zəmanətini açıqladıbackend

Zelenski Ukrayna üçün üç əsas təhlükəsizlik zəmanətini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin Avropa və ABŞ tərəfdən istədiyi təhlükəsizlik zəmanətlərini açıqlayıb.

Editor.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, üç əsas tələb bunlardır:

1. Müdafiə dəstəyi – Ukrayna Silahlı Qüvvələrinin hazırkı sayının saxlanılması, ordunun maliyyə və silah təminatı.

2. “NATO-lite” mexanizmi – müttəfiqlərin mümkün döyüş əməliyyatları zamanı atacağı konkret addımların müəyyənləşdirilməsi.

3. Rusiya əleyhinə sanksiyalar – sanksiyaların saxlanılması və dondurulmuş rus aktivlərinin ölkənin bərpasına yönəldilməsi.

//Samir Qurbanov, Editor.az