Zelenski Ukraynada atəşkəsə hazırlıq müddətini açıqladıbackend

Zelenski Ukraynada atəşkəsə hazırlıq müddətini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada atəşkəsə hazırlıq müddətini açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

O bildirib ki, münaqişə zonasında atəşkəsə hazırlıq prosesi bir aydan çox davam edə bilər.

Ukrayna rəhbəri həmçinin qeyri-müəyyən atəşkəs ideyasına qarşı çıxıb.

“Hərbi əməliyyatların dayandırılmasına dair razılaşmada müddətin aydın şəkildə müəyyən edilməsi son dərəcə vacibdir”, – Zelenski vurğulayıb.

Martın 15-də Zelenski sülh danışıqlarına hazırlıq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib. O, döyüşlərin yalnız müəyyən müddətə dayandırılmasında təkid edib.