Zelenski: Ukraynada əhali üçün qazın sabit qiyməti qorunacaqbackend

Zelenski: Ukraynada əhali üçün qazın sabit qiyməti qorunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkədə əhali üçün təbii qazın qiyməti sabit saxlanılacaq.

Esitor.az xəbər verir ki, dövlət başçısı bu barədə baş nazir Yuliya Sviridenko ilə görüşündən sonra Telegram hesabında məlumat verib.

Zelenskinin sözlərinə görə, yaxın vaxtlarda hökumət məişət istehlakçıları üçün təbii qazın sabit qiymətini qoruyacaq qərar qəbul edəcək. Bundan əlavə, cəbhəyanı icmalarda istehlakçıların enerji təminatından ayrılmasına qadağa qoyulması barədə qərar artıq qüvvəyə minib.

Prezident vurğulayıb ki, bu addımlar vətəndaşların sosial müdafiəsini gücləndirmək və enerji sabitliyini təmin etmək məqsədi daşıyır.

//Samir Qurbanov, Editor.az