Zelenski Ukraynada müharibənin şiddətləndiyi Donbasa səfər edibbackend

Zelenski Ukraynada müharibənin şiddətləndiyi Donbasa səfər edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski müharibənin 103-cü günündə Rusiya qüvvələrinin hücumlarını intensivləşdirdiyi ölkənin şərq bölgəsinə səfər edib.

Editor.az “The Guardian” qəzetində yer alan məlumatlara istinadən xəbər verir ki, Zelenski Ukraynanın müharibənin ən ağır toqquşmalarından birinin getdiyini bəyan etdiyi Syevyerodonetsk yaxınlığında yerləşən Lisiçansk və Donbas vilayətinin Soledar şəhərlərini ziyarət edib.

Paylaşılan iki videoda Ukrayna Prezidentinin əsgərlərlə danışdığı görülüb. “Hamınız qələbəyə layiqsiniz, bu, ən vacib şeydir. Amma heç nəyin bahasına deyil”, – deyə o, əsgərlərə bildirib.

Qeyd edək ki, Lisiçansk və Severodonetsk Luqanskda, Soledar isə Donetsk vilayətində yerləşir.

//Gülnarə Abasova, Editor.az