Ukraynanın Baş Qərargah rəisi Andrey Qnatov, Xarici İşlər Nazirliyinin nümayəndələri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və ölkənin kəşfiyyat qurumlarının təmsilçiləri gələn həftə ABŞ-la aparılacaq danışıqlarda Ukraynanı təmsil edəcəklər.
Editor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski günlük video-müraciətində məlumat verib.
Zelenskinin sözlərinə görə, nümayəndə heyətinin məqsədi ABŞ tərəfi ilə “sülh planı” layihəsinin razılaşdırılması üzrə müzakirələri davam etdirmək olacaq.
Prezident qeyd edib ki, danışıqlarda Ukraynanın təhlükəsizliyi, müharibənin dayandırılması istiqamətində diplomatik addımlar və qarşıdakı mərhələlər əsas mövzular olacaq.
//Samir Qurbanov, Editor.az

