Ukrayna Prezidenti Volodimir Zelenski bugünədək müharibədə 43 min Ukrayna hərbçisinin həlak olduğunu açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə dövlət başçısı “Telegram”da yazıb.
O, həmçinin 370 min yaralıya yardım göstərildiyini qeyd edib.
Zelenskinin sözlərinə görə, yaralıların 50%-i xidmətə qayıdır.
Prezident vurğulayıb ki, 2024-cü ilin sentyabrından Rusiya “döyüş meydanında bizə qarşı 5 və hətta 6-ya 1 nisbətində itkilər verir”.
Onun sözlərinə görə, hazırda Rusiyanın itkiləri 750 min nəfəri keçib: 198 min ölü və 550 mindən çox yaralı.