Prezident Volodimir Zelenski hərbi əməliyyatlar başlanandan Ukraynanın 2500-3000 əsgərinin həlak olduğunu, 10 minə qədər əsgərin isə yaralandığını bildirib.
Bu barədə o, Telegram səhifəsində məlumat verib. Editor.az-ın verdiyi xəbərə görə, Ukrayna prezidenti yaralıların hesabına ölənlərin sayının arta biləcəyini də qeyd edib. Xatırladaq ki, martın 12-də Zelenski 1,3 min ukraynalı əsgərin öldüyü barədə məlumat vermişdi.

