Zelenski: “Ukraynanın sülh formulu qloballaşır”backend

Zelenski: “Ukraynanın sülh formulu qloballaşır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynanın sülh formulu qloballaşır. Formulun maddələrində Rusiyanın Ukraynaya və digər ölkələrə qarşı istifadə etdiyi, digər təcavüzkar ölkələr tərəfindən istifadə edilə bilən hər cür silahlanmanı dayandıracaq həllər və addımlar var”.

Editor.az xarici mediaya istinadən bildirir ki, Ukrayna prezidenti Volodimir Zelenski bu barədə Nyu-Yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasında çıxışında Rusiya və Ukrayna arasında davam edən müharibə ilə bağlı açıqlamalar verərkən danışıb.

“1990-cı illərdə Rusiya nüvəsizləşdirilməli idi. Tarix bunu bizə göstərir. Terrorçuların nüvə silahına sahib olmaq hüququ yoxdur”,-deyə Zelenski bildirib.

Rusiyanın Ukraynaya və bütün dünyaya qarşı müxtəlif silahlardan istifadə etdiyini deyən Zelenski, müharibə başlayandan sonra Rusiyanın Qara dəniz və Azov dənizindəki Ukrayna limanlarını bağladığına, Dunay çayı üzərindəki limanlara hücumlar təşkil etdiyinə diqqət çəkib:

“Bu, Rusiyanın zəbt etdiyi ərazilərin hamısının olmasa da, bir qisminin tanınması müqabilində dünya bazarındakı ərzaq qıtlığından silah kimi istifadə etmək cəhdidir. Rusiya ərzaq qiymətlərindən silah kimi istifadə edir. Bu, Afrikanın Atlantik sahillərindən Cənub-Şərqi Asiyaya qədər olan ərazilərə təsir göstərir”.

//Safura Bənnayeva, Editor.az