Zelenski: “Üsyan Putinin zəifliyini ortaya qoydu”backend

Zelenski: “Üsyan Putinin zəifliyini ortaya qoydu”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski müharibənin gedişi və “Vaqner”in Rusiyadakı üsyanı ilə bağlı açıqlamalar verib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Zelenskinin sözlərinə görə, “Vaqner” üsyanı prezident Vladimir Putinin Rusiyadakı zəifliyini ortaya qoyub.

“Hər şeyə nəzarət etmədiyi ortaya çıxdı. Putin regionlardakı vəziyyətə nəzarət edə bilmir”-, o bildirib.

Rusiyanın bütün ordusunun Ukraynada olduğunu bildirən Zelenski “Vaqner”in Rusiya daxilində rahat irəlilədiyini ifadə edərək Putinin gücünün çökdüyünü qeyd edib.

Digər tərəfdən Ukraynanın şərqində və cənubunda cəbhələrdə mübarizə davam edir. Rusiya Kiyevin Krımın hakimi Sergey Aksenova qarşı sui-qəsd cəhdinin qarşısının alındığını açıqlayıb.

//Safura Bənnayeva, Editor.az