Ukrayna prezidenti Volodimir Zelenski Polşada ABŞ prezidenti Co Baydenlə görüşəcək.
Editor.az bildirir ki, “Dziennik Gazeta Prawna” Polşaya ehtimal edilən səfər və qarşıdan gələn görüş haqqında yazıb. Nəşrin məlumatına görə, Polşa tərəfi təhlükəsizlik problemlərini əsas gətirərək planlaşdırılan səfərlə bağlı xəbərləri şərh etmir.
Bununla belə, DGP Ukraynadakı mənbələrə əsasən qeyd eidb ki, Zelenskinin “diplomatik təşəbbüsü” Polşada və BMT forumunda təqdim oluna bilər. O da bildirilir ki, prezidentlərin görüşü Varşava və ya Jeşuvedə baş tuta bilər. Xatırladaq ki, ABŞ prezidenti Rusiyanın Ukraynaya təcavüzünün ildönümündən əvvəl, fevralın 20-dən 22-dək Polşaya səfər etmək niyyətindədir.
//Samir Qurbanov, Editor.az