Zelenski və Putin İndoneziyada görüşə bilərbackend

Zelenski və Putin İndoneziyada görüşə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

G20-nin rəhbəri olan İndoneziya prezidenti Coko Vidodo Ukrayna lideri Vladimir Zelenskini G20 sammitinə dəvət edib.

Zelenski bu barədə Twitter-də məlumat yayıb.

“Mən İndoneziya prezidenti Coko Vidodo ilə danışıqlar apardım. Ona suverenlik və ərazi bütövlüyünü dəstəklədiyinə, xüsusən də BMT-də aydın mövqeyə görə təşəkkür etdim. Biz ərzaq təhlükəsizliyi məsələlərini müzakirə etdik. G20 sammitində iştirak etmək dəvətinə görə minnətdaram”, – Zelenski bildirib.

Coko Vidodo G20-nin hazırkı rəhbəridir.

G20 Liderlərinin Toplantısı 15-16 noyabr tarixlərində Balidə baş tutacaq.

Milli.az