Zelenski: “Yunanıstan “F-16” pilotlarının hazırlanmasında Ukraynaya dəstək verəcək “backend

Zelenski: “Yunanıstan “F-16” pilotlarının hazırlanmasında Ukraynaya dəstək verəcək “

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) 20 illiyi münasibətilə Qərbi Balkan ölkələrinin liderləri, Aİ Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Şarl Mişel ilə görüşmək üçün Yunanıstanın paytaxtı Afinaya gəlib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Yunanıstanın baş naziri Kiryakos Mitsotakis və Zelenski ikitərəfli görüşdən sonra mətbuata birgə bəyanatla çıxış ediblər.

“Çox mühüm prioritetlərə diqqət çəkdim. İşğala son qoymaq üçün “F-16″ pilotlarımızın hazırlanmasında Yunanıstanın dəstəyinə ehtiyacımız var”,-deyə Zelenski bildirib.

Zelenski “F-16”-lar üçün ukraynalı pilotların hazırlanması qərarına görə Yunanıstana təşəkkür edib və təlimin təfərrüatlarının hər iki ölkənin müvafiq qurumları tərəfindən müəyyən ediləcəyini qeyd edib.

Ukrayna prezidenti taxıl dəhlizinin canlanması üçün onların da köməyə ehtiyacı olduğunu vurğulayıb.

//Safura Bənnayeva, Editor.az