Zelenskidən Kursk əməliyyatı ilə bağlı PAYLAŞIM – VİDEObackend

Zelenskidən Kursk əməliyyatı ilə bağlı PAYLAŞIM – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski Kursk əməliyyatının birinci ildönümü ilə bağlı öz Telegram kanalında paylaşım edib.

Dövlət başçısı həmin əməliyyatın videogörüntülərini paylaşaraq yazıb:

“Ukraynalılar bir daha dünyaya sübut etdilər ki, Rusiyanı öz yerinə qoymaq və onun hücumlarına adekvat cavab vermək tamamilə mümkündür”.

Zelenskinin sözlərinə görə, Kursk əməliyyatı “həqiqətən xüsusi” xarakter daşıyıb. O bildirib ki, bu əməliyyat nə dünya kəşfiyyat xidmətləri, nə də Rusiya tərəfindən öncədən proqnozlaşdırıla bilmişdi.

Musavat.сom