Zelenskidən Moskvaya “enerji atəşkəsi” təklifi – “Onlar vurmasa, biz də vurmayacağıq”backend

Zelenskidən Moskvaya “enerji atəşkəsi” təklifi – “Onlar vurmasa, biz də vurmayacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə enerji infrastrukturu və neft sektoruna qarşı qarşılıqlı hücumların dayandırılmasını nəzərdə tutan xüsusi bir “energetika atəşkəsi”nə hazır olduqlarını bəyan edib.

jurnalistlərə açıqlama verən Ukrayna lideri Yaxın Şərqdəki müharibə və qlobal enerji böhranı fonunda bəzi tərəfdaşlardan Rusiyanın neft sektoruna zərbələrin azaldılması barədə siqnallar aldıqlarını etiraf edib. Zelenski vurğulayıb ki, əgər Rusiya Ukraynanın energetika sisteminə zərbə endirməkdən imtina edərsə, Kiyev də analoji addımı ataraq Rusiyanın enerji obyektlərini hədəf almayacaq. “Biz hər zaman tam atəşkəsə, o cümlədən enerji və ərzaq təhlükəsizliyi sahəsində atəşkəsə hazır olduğumuzu bildirmişik. Bu, həm dəniz, həm də hava məkanını əhatə etməlidir ki, nə raketlər, nə də dronlar infrastruktur obyektlərini vurmasın. Biz bu təklifə açığıq: əgər ruslar hazırdırlarsa, buyursunlar, biz istənilən vaxt bu məsələni həll etməyə hazırıq”, – deyə Zelenski bildirib.

Qeyd olunur ki, Ukraynanın son vaxtlar Rusiyanın Baltik dənizi və digər regionlardakı neft emalı zavodlarına, eləcə də ixrac terminallarına endirdiyi sarsıdıcı zərbələr Moskvanı ciddi iqtisadi itkilərlə üz-üzə qoyub və bu təklif Kreml üçün bir sınaq xarakteri daşıyır. Eyni zamanda, Ukraynanın öz enerji sisteminin gələcək hücumlardan qorunması Kiyev üçün strateji əhəmiyyət kəsb edir.

Musavat.com