Zelenskidən Putinə məktub gətirdi: “Əməliyyatların tez bir zamanda…”backend

Zelenskidən Putinə məktub gətirdi: “Əməliyyatların tez bir zamanda…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziya prezidenti Coko Vidodo bu gün Moskvada Ukrayna prezidenti Volodimir Zelenskidən Rusiya lideri Vladimir Putinə məktub gətirib.

Bunu Rusiya-İndoneziya danışıqlarının yekunlarına görə Vidodonun özü bildirib.

“Mən həmçinin Rusiya və Ukrayna başçıları arasında əlaqə yaratmağa hazır olduğumu bildirdim”, – deyə “İnterfaks” İndoneziya prezidentindən sitat gətirir .

Məktubun məzmunu ilə bağlı heç nə məlum deyil.

Britaniyanın “Sky News” kanalı daha əvvəl bildirib ki, Zelenski Coko Vidodonun məsləhəti ilə Vladimir Putinə məktub yazıb.

İndoneziya prezidentinin sözlərinə görə, Zelenski ilə Putin arasında şəxsi təmas Ukraynada hərbi əməliyyatların tez bir zamanda dayandırılmasına kömək edəcək.

Publika.az