Ukrayna prezidenti Volodimir Zelenski Ukraynada silah istehsalının son bir ildə üç dəfə artdığını bildirib.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabından verdiyi açıqlamada güclü olmalı olduqlarını bildirib: “Son bir ildə silah istehsalını üç dəfə artırdıq. Rusiya anlamalıdır ki, onun hücumuna cavab gecikməyəcək. Bizə qələbə lazımdır. Ukrayna daha güclü olmalıdır”.
Hazırda Ukraynanın müdafiə sektorunda 300 min adamın çalışdığını deyən Zelenski hər 5 müdafiə şirkətindən 4-nün özəl olduğuna diqqət çəkib.
Zelenski dünyanın ən böyük xarici silah istehsalçıları ilə birgə istehsalın da mümkün olduğunu qeyd edib.
//Səbinə Hüseynli, Editor.az

