Zelenskidən şok açıqlama: istefa verməyə hazırambackend

Zelenskidən şok açıqlama: istefa verməyə hazıram

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya təcavüzünün başlanmasından 6 ay keçir.

Bu müharibə nəticəsində minlərlə insan didərgin düşüb, çoxlu mülki vətəndaş və əsgər həyatını itirib.

Belə bir məqamda Ukrayna prezidenti Volodimir Zelenski təəccüblü açıqlama verib və “əgər qan tökülməsini dayandırarsa, istefa verəcəyəm”, – söyləyib.

Editor.az bildirir ki, bu barədə “Washington Post” Ukrayna və Qərb bürokratlarına istinadən yazıb.

V.Zelenski, “Mən hakimiyyətdə qalmağa çalışmıram, əgər mənim gedişim qan tökülməsini dayandıracaqsa, qəbul edərəm. Elə indi gedərəm. Mən siyasətə onun üçün başlamamışam. Sən deyəndə ki, bu, müharibəni dayandıracaq, mən gedərəm” – Zelenski deyib. //Samir,Editor.az