Zelenskidən şok qərar: Ukrayna konstitusiyası dəyişdirilə bilərbackend

Zelenskidən şok qərar: Ukrayna konstitusiyası dəyişdirilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna NATO-ya üzv olmaqdan tamamilə imtina edə bilər

Ukrayna hökuməti Rusiyanın bu ölkəyə genişmiqyaslı müdaxiləsi fonunda sülh naminə Konstitusiyanın dəyişdirilməsinin mümkünlüyünü qəbul edir.

Editor.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ali Radanın sədri Ruslan Stefançuk “1+1” telekanalının efirində bildirib.

O qeyd edib ki, prezident Volodimir Zelenski Ukraynanın Avro-Atlantik məkana inteqrasiya istiqamətində siyasətinin dayandırılmasına icazə verib. Stefançuk bildirib ki, Ukrayna hakimiyyəti ölkənin konstitusiyasını dəyişdirə və Ukraynanın NATO-ya üzvlüklə bağlı fəaliyyətini dayandıra bilər: “Bu varianta danışıqlar prosesinin nəticələrinə əsasən baxılacaq”.

Руслан Стефанчук

Ali Radanın rəhbəri onu da bildirib ki, danışıqların nəticəsi olaraq ən vacib şey ölkənin təhlükəsizliyinin təminatıdır.

“Avro-Atlantik məkana inteqrasiya yolu Konstitusiyamızda təsbit olunduğuna görə, bu istiqamətin legitimləşdirilməsi daha yüksək səviyyədədir. Ona görə də biz danışıqlarda iştirak edən tərəflərin hansı yolla hərəkət edəcəyinə diqqət edəcəyik. Daha sonra ya konstitusiyaya zidd olmayacaq, ya da konstitusiyanı dəyişdirməli olacağımız modeli seçəcəyik”, – Stefançuk bildirib.

//Fərrux, Editor.az