Zelenskidən Türkiyə də daxil olmaqla, bir çox ölkələrə Zaporojya XƏBƏRDARLIĞI: “Bu, böyük fəlakətə səbəb ola bilər”backend

Zelenskidən Türkiyə də daxil olmaqla, bir çox ölkələrə Zaporojya XƏBƏRDARLIĞI: “Bu, böyük fəlakətə səbəb ola bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski son açıqlamasında diqqəti Zaporojye Atom Elektrik Stansiyasına çəkib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Zelenski Elektrik stansiyasının ətrafının Rusiya ordusu tərəfindən davamlı olaraq bombalandığını iddia edib. O, qeyd edib ki, İşğalçılar stansiyanı qorumaq bəhanəsi ilə bombardman etməyə davam edir.

Rusiya faktiki olaraq sursat və avadanlıqlarını elektrik stansiyası anbarlarında saxlayır. Bütün bunlar onu göstərir ki, Rusiya Avropa ölkələri və daha 15 ölkənin təhlükəsizlik tələblərini rədd edir” deyən o, bu tələbləri çatdıran ölkələr arasında ABŞ, Kanada, Avstraliya, Gürcüstan, Türkiyə, İngiltərə və Cənubi Koreyanın olduğunu bildirib.

Zaporojya Atom Elektrik Stansiyasında mümkün radiasiya sızmasının region ölkələri üçün təhlükə yaradacağını bildirən Zelenski vurğulayıb ki, əgər bu terror dövləti beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymazsa,  təcili tədbir görülməsi lazımdır. Rusiyanın hərəkətləri fəlakətlə nəticələnə  bilər, əgər indi dünya gücünü göstərməsə…

Atom Elektrik Stansiyasının ətrafında Rusiya ordusu tərəfindən hücumların həyata keçirildiyini deyən Ukrayna prezidenti Volodimir Zelenski stansiyada baş verəcək hər hansı radiasiya hadisəsinin Avropa İttifaqı ölkələrinə, Türkiyəyə, Gürcüstana və uzaq regionlardakı digər ölkələrə zərbə vuracağı ilə bağlı xəbərdarlıq edib.

//Safura Bənnayeva, Editor.az