Zelenski Dneprdəki vəziyyətdən danışdı: “Hər bir insan üçün mübarizə aparırıq”backend

Zelenski Dneprdəki vəziyyətdən danışdı: “Hər bir insan üçün mübarizə aparırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dneprdə Rusiya tərəfindən raketlə dağıdılan binanın dağıntıları hələ də təmizlənir. Prosesə bütün lazımi xidmətlər cəlb olunub”.

Editor.az  Ukraynanın “Golos Today” Teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski gündəlik müraciətində məlumat verib.

Prezident bildirib ki, hazırda terrorçuların raket zərbəsi zamanı evdə ola biləcək 30-dan çox insanın taleyi naməlum olaraq qalır:

“Dağıntılar altından altı uşaq olmaqla onlarla insan xilas edilib. Hər bir insan üçün mübarizə aparırıq. Xilasetmə əməliyyatı hər bir insanın həyatını xilas etmək üçün ən kiçik bir şans olduğu müddətcə davam edəcək.

Bu raket hücumundan sonra Ukrayna dünyanın bir çox liderlərindən, ictimai xadimlərindən, jurnalistlərdən və sadə insanlardan mərhəmət və dəstək mesajları alıb”, – Zelenski bildirib.

//Samir Qurbanov, Editor.az