Azərbaycanda “Ukrayna Ticarət Evi”nin rəhbəri, Ukrayna prezidenti Volodimir Zelenski ilə dostluq münasibətləri olan iş adamı cərimələnə bilər.
Qaynarinfo-nun məlumatına görə, “Ukrayna Ticarət Evi”nin baş direktoru, deputattlığa namizəd olmuş Əlibala Məhərrəmzadə barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilib.
İş adamı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin tərtib etdiyi protokoldan məhkəməyə şikayət verib. İşə Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

