“Zelenskinin komandası daha çox piarla məşğuldur”- Politoloq Ukraynanın əks-hücum əməliyyatlarından DANIŞDIbackend

“Zelenskinin komandası daha çox piarla məşğuldur”- Politoloq Ukraynanın əks-hücum əməliyyatlarından DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynanın əks-hücum taktikası ordunun psixoloji durumunu, döyüş ruhunu yüksəltməyə hesablanıb. Çox böyük təbliğat kampaniyası nəticəsində belə əldə olunan uğurlar bir o qədər də gözə çarpmır. Çünki faktiki olaraq ukraynalılar bir tərəfdən öz qalıq resurslarını səfərbər edirlər, digər tərəfdən əsas məqsədləri Qərbi ordunun əks-hücuma ciddi hazırlaşdığına və yardıma ehtiyacları olduqlarına inandırmaqdır”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq Ukraynanın döyüş meydanında dönüş yaratma imkanlarının məhdud olduğu qənaətindədir:

“Ukraynanın resurs imkanları və strateji potensialı baxımından hazırlıqları Rusiya ordusunu sıxışdırmağa imkan vermir. Ola bilsin ki, mövqe qarşıdurmasında Ukrayna müəyyən qədər nəticələr əldə edib. Ancaq Ukraynanın bu irəliləyişləri stateji baxımdan vəziyyəti dəyişmir və dəyişməyəcək. Ukrayna bu müharibədə həm də özünün geosiyasi gələcəyini şübhə altına qoyur. Birincisi, ciddi bir tərzdə müharibə aparan məmləkət ilk növbədə daxildə tək şəxsi heyəti deyil, resurs bazasını səfərbər etməli, iqtisadiyyatını hərbi reyslərə keçirtməli, bütün imkanları ilə mübarizəyə qalxmalıdır. Ukraynada isə bu yoxdur. 8 milyon əhalisi ölkəni tərk edib. Qalan əhalinin isə demək olar 30 faizi bu prosesdə yaxından iştirak edir. Bunlar da fədailərdir ki, “öldü var, döndü yoxdur” prinsipi ilə müharibədən qaçmırlar. Digər tərəfdən isə Ukraynada arxa cəbhədə ciddi şıdırğı siyasi alver gedir. Bu, əsas məsələdir. Volodimir Zelenskinin komandası daha çox piarla məşğuldur. Ukraynada hazırda müdafiə nazirinin vəzifədən uzaqlaşdırma məsələsi gündəmdədir. Onun yerinə qadın təyin etmək istəyirlər. Bu qadın da hərbiçi deyil, blogerdir. Maraqlıdır, qadını müharibə gedə gedə müdafiə naziri postuna gətirməklə kiməz nəyi başa salmaq istəyirlərM Qadın tanınmış blogerdir, hərbiçi deyil. Dünya tarixində belə birşey yoxdur ki, müharibə gedə-gedə bloger bir qadını müdafiə naziri təyin edilsin. Bütün bu səs-küyün səbəbi Qərbdən gələn dəstəyin azalmamasına hesablanıb”.

T. Abbasov bildirib ki, artıq qərb ölkələri Ukrayna tərəfindən verilən vədlərin yerinə yetirilmədiyi və gözləntilərin özünü doğrultmadığının fərqindədirlər:

“Ən əsası da odur ki, bu gün Ukraynanın hakimiyyət orqanlarında əyləşənlər oliqarxlarla birgə pul yumaqla məşğuldur. Artıq qərb mənbələri də bildirirlər ki, əgər ölkə Vətən müharibəsinə qalxıbsa və ərazisinə başqa dövlətin qoşunları daxil olubsa, burada bütün diqqət gərək işğala son qoymağa yönəlsin. Qalıq prinsipi ilə fəaliyyət göstərən siyasi elita, hakimiyyət rəsmiləri özlərini bu problemlərlə qayğılandırmırlar. Qərb mənbələri də bildirirlər ki, Ukraynada korrupsiya ciddi şəkildə inkişaf edir. Odur ki, bu proseslərin hər biri qarşı tərəfə də məlumdur. Rusiya strateji hesablamanın komponentləri kimi bu məsələləri nəzərə alır. Bu da onları bir daha əmin edir ki, Ukraynada daxili vəziyyət gərgindir. Rusiya öz hərbi imkanları və resurs bazasının genişliyinə görə Ukraynanı sıxışdırır. Çətin ki, Kiyevin əks-hücum ciddi bir nəticə versin”.

//Gülnarə Abasova, Editor.az