“Zelenskinin Qərbin vədlərinə inanaraq belə bir məcaraya girməsi…”- ŞƏRHbackend

“Zelenskinin Qərbin vədlərinə inanaraq belə bir məcaraya girməsi…”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna ətrafında baş verənlər, o cümlədən, “sülh” danışıqları manipulyativ xarakter daşıyır. Tərəflər danışıqlar masasında Ukraynanın gələcəyindən, ərazi bütövlüyü və təhlükəsizliyi məsələsindən daha çox öz maraqlarını təmin etməyin dərdindədilər.Bir çox dövlətlər də ” sülh danışıqları” adı altında yanğına benzin tökürlər. Belə bir şəraitdə danışıqların nəticə verəcəyi ciddi şübhələr doğurur”.

Bunu Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Onun sözlərinə görə, Qitə Avropası ukraynalıların qanı üzərindən Avropanın təhlükəsizlik arxitekturasını qurmaq, əzəli rəqibi Rusiyanı zəiflətmək, ABŞ isə Ukraynanın zəngin yeraltı nadir elementlər mədənlərinə çökmək niyyəti güdürlər:

“Donald Trampın hakimiyyətə gəlişi “kollektiv Qərb” anlayışını sonlandırdı ki, bu da gözlənilən idi. Artıq ABŞ və AB-nin Ukrayna savaşına baxışları daban-dabana zidd bir duruma gəlib. Bu ziddiyət nə qədər Rusiyanın işinə yarasa da, bir o qədər Ukraynanın ziyanına işləyir.Bundan sonra Ukraynanın ərazi bütövlüyü də,təhlükəzizliyi də ciddi sual altındadır.Avropalı liderlər hər nə qədər Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etsələr də, mətbuata sızan xəbərlərdə onlarda Ukraynanın güzəştlərə getməyə şövq etdikləri bilinməkdədir. ABŞ isə bunu açıq edir və Ukraynanı Krımı Rusiya ərazisi kimi tanımağa çağırır. Problem ondadır ki, Rusiya təkcə Krımın ilhaqını deyil, bu gün nəzarət etdiyi və “referendumla” Rusiyaya birləşdirdiyi dörd vilayətin də Rusiya ərazisi olaraq tanınmasını tələb edir. Rusiyanın başqa alçaldıcı şərt və tələbləri də var ki, bunlar qəbul ediləcəyi təqdirdə Ukrayna dövlətçiliyindən əsər-əlamət belə qalmır. Bu yaxınlarda Londonda, ABŞ, Almaniya, Fransa, B.Britaniya xarici işlər nazirləri səviyyəsində planlaşdırılan görüşün baş tutmaması və qeyri-müəyyən tarixə ertələnməsi deməyə əsas verir ki, Qərb dairələrində Ukrayna ilə bağlı vahid plan və ya strategiya yoxdur ki, bu da yaxın zaman kəsiyində Ukrayna cəhbəsindən yaxşı xəbərlərin gəlməyəcəyinin əlaməti sayıla bilər”.

“ABŞ prezdenti Donald Trampın Zelenskiyə xitabən “Sülh müqaviləsini imzala, yoxsa daha üç il döyüşər və Ukraynanın tamamına nəzarəti itirərsən” deməsi çox qorxulu tendensiyadan xəbər verir. Volodimir Zelenskinin Qərbin vədlərinə inanaraq belə bir məcəraya girməsi, təəssüf ki, Ukraynanın faciəsinə səbəb oldu”,- deyə politoloq bildirib.

//Gülnarə Abasova, Editor.az