Volodimir Zelenskinin Rusiya ilə danışıqlara doğru addım atmaqdan başqa çarəsi yoxdur.
Editor.az xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş agenti Endryu Bustamante Stiven Qardnerin YouTube kanalına müsahibəsində deyib. “O, nəhayət başa düşüb, Qərb bizim tərəqqimizə səbri tükənmək üzrədir”, – Bustamante bildirib.
Ekspert qeyd edib ki, Ukrayna etibarsız ölkə kimi qəbul edilir əslində də biz beləyik. Onun fikrincə, biz ciddi şəkildə düşünməliyik ki, necə ruslarla hansısa ağlabatan sülh sazişi və ya heç olmasa atəşkəs barədə danışıqlara gedək.
Xatırlaaq ki, sentyabrın 10-da ABŞ dövlət katibi Blinken bildirib ki, ABŞ Rusiyanın belə bir təşəbbüslə çıxış edəcəyi təqdirdə Ukraynanın danışıqlara hazır olacağına inanır. ABŞ dövlət katibi vurğulayıb ki, ukraynalılar hər şeyin necə bitəcəyinə və xətlərin hara çəkiləcəyinə qərar verəcəklər. Eyni zamanda Blinken əlavə edib ki, ABŞ da Ukraynadan dərhal sonra danışıqlara qoşulacaq.
//Samir Qurbanov, Editor.az

